Logo
news content
User
Kateqoriyalar

Xəbər

Pezeşkian: ABŞ ilə danışıqları davam etdiririk

İran ABŞ ilə münaqişəni həlli üçün danışıqları davam etdirir, lakin alçaldıcı şərtləri qəbul etmək niyyətində deyil.

"Tasnim" agentliyi xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian bildirib.

"Biz məntiqdən istifadə edərək, danışıqlar yolunda irəliləməyə çalışırıq. Lakin düşmənlərimizin təcavüzünə və ya hər hansı səhv hərəkətlərinə dözmək niyyətində deyilik", - dövlət başçısı deyib.

Pezeşkian bildirib ki, İran qorxutma cəhdlərinə müqavimət göstərəcək.