Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tərəvəzlərin qiyməti artır: Satıcılar mövcud vəziyyətdən danışdılar - Video

Bəzi tərəvəzlərin qiymətində artım müşahidə olunur.

Satıcıların sözlərinə görə, bu il ötən illə müqayisədə bəzi məhsulların alış və satış qiymətlərində artım var.

Lakin qiymətlər məhsulun növünə və gətirildiyi bölgəyə görə dəyişir.

Satıcılar bir kisə soğanı 7 manata aldıqlarını, kiloqramını isə 1 manat 10-20 qəpiyə satdıqlarını bildirirlər.

Pomidorun qiymətində isə mövsümün təsiri özünü göstərir. Satıcıların sözlərinə görə, istixana şəraitində yetişdirilən pomidorun bir kiloqramının qiyməti 2 manat 20 qəpikdən 2 manat 80 qəpiyədək dəyişir. Xiyarın qiymətində isə 80 qəpiyədək artım müşahidə olunur.