Logo
news content
User
Kateqoriyalar

Xəbər

Azərbaycanda tanınmış müğənni komaya düşüb - TƏFƏRRÜAT

Tanınmış müğənni Vaqif Şıxəliyev komaya düşüb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, sənətçi ötən gündən komadadır. 

Qeyd edək ki, 48 yaşlı estrada müğənnisi Abşeron Rayon Mədəniyyət Mərkəzinin bədii rəhbəridir.

Sənətçinin yaxın dostu, müğənni həmkarı Rəşad Altınsəs Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə dünən saat 10-11 radələrində Vaqif Şıxəliyevin yaşadığı evdə baş verib:

"İyul ayında Ailə Sağlamlıq Mərkəzində kardioloq Firdovsi İbrahimov onun ürəyinə stent qoymuşdu. Dörd ay idi ki, vəziyyəti yaxşı idi. Ötən həftənin bazar ertəsi günü səhhəti ilə əlaqədar həmin həkimin müayinəsindən keçib. Müayinə zamanı stent qoyulan damarda spazm olduğu bildirilib və ona dərmanlar təyin edilib. Lakin həkimin təyin etdiyi dərmanların sayı 10-dan çox idi. Təsəvvür edin, gün ərzində 10-dan artıq dərman qəbul edirdi, eyni zamanda ona iynə vurulurdu. Dünən səhər görüşmək üçün əlaqə saxladıq. Qəbul etdiyi dərmanların səhhətinə mənfi təsir göstərdiyini deyirdi. Ondan bir müddət xəbər ala bilmədikdən sonra dəfələrlə zəng etdim. Nəhayət, zəngimə həyat yoldaşı cavab verərək Vaqifin vəziyyətinin ağırlaşdığını, huşunu itirdiyini dedi. Bundan sonra təcili tibbi yardım çağırılıb və o, xəstəxanaya çatdırılıb".

Rəşad Altınsəs müğənninin klinik ölüm keçirdiyini də bildirib:

"Hadisə zamanı o, uzandığı yerdə özünü pis hiss etdiyini deyib. Təcili tibbi yardımın gec gələcəyindən ehtiyatlanaraq onu özəl klinikalardan birinə aparıblar. Ürəyini masaj edərək özünə gətiriblər. Lakin hazırda yenə də koma vəziyyətindədir. Klinikaya aparılarkən klinik ölüm keçirmişdi. Hazırda "Məlhəm Hospital"dadır", - deyə müğənni əlavə edib.


 

Azərbaycanda tanınmış müğənninin komaya düşməsi ilə bağlı yeni təfərrüat məlum oldu - Foto