Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Başqırdıstan və Samarada neft emalı zavodları vurulub

Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, son sutka ərzində Başqırdıstan və Samara vilayətində (Rusiya Federasiyası) iki neft emalı zavoduna zərbələr endiriblər.

Ukrayna Prezidenti bu barədə "X" sosial şəbəkəsində yazıb.

Öz növbəsində, Başqırdıstan rəhbəri Radiy Xabirov bölgəyə növbəti pilotsuz uçuş aparatları hücumunun dəf edilməsi barədə məlumat verib.

"Bu gün biz daha bir hücumu dəf etdik. 20 pilotsuz uçuş aparatı vurulub", - o, regional hökumətin operativ müşavirəsində bildirib.

Qeyd edək ki, əvvəllər ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırmağa çağırmışdı.