Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənistan Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər

Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Avrasiya İqtisadi İttifaqı (Aİİ) Müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat təqdim ediblər.

Hesabatda Aİİ-də Avropa İttifaqına qoşulmaq səyləri fonunda Ermənistanın təşkilatdakı statusu ilə bağlı suallar doğurduğu qeyd olunub.

O da bildirilib ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı iştirakını dayandırmağı nəzərdən keçirmək hüququna malikdirlər.

Hesabata görə, Ermənistanın Aİİ-dəki üzvlüyü dayandırılarsa, Rusiyadan gələn pul köçürmələrinin yarısından çoxunu itirə bilər. Belə ki, köçürmələrin həcmi 2025-ci ildəki 3,88 milyard dollarla müqayisədə 1,8 milyard dollara düşəcək.