Rubio: ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasəti dəyişməyib
20 Oktyabr 2026
ABŞ-nin dövlət katibi Marko Rubio Ukrayna Prezidenti Volodimir Zelenski ilə 45 dəqiqəlik telefon danışığı zamanı bildirib ki, Vaşinqtonun Kiyevlə kəşfiyyat məlumatlarının mübadiləsi məsələsində siyasəti dəyişməyib.
Bu barədə Rubionu Hindistana səfəri zamanı müşayiət edən "CBS News" jurnalisti Cennifer Ceykobs "X" sosial şəbəkəsində bildirib.
"Prezident Donald Tramp açıq şəkildə bildirdi ki, bu cür dəyişikliklərlə bağlı heç bir göstəriş verməyib, buna görə də heç nə dəyişməyib. Mən dəyişikliklərin baş verdiyi barədə məlumatları görürəm, lakin onlar sadəcə olaraq həqiqətə uyğun deyil", - Ceykobs dövlət katibinin sözlərini sitat gətirir.