Logo
news content
User
Kateqoriyalar

Xəbər

Sergen Yalçın Türkiyə yığmasının baş məşqçisi təyin olunub

Sergen Yalçın Türkiyə millisinin baş məşqçisi təyin olunduğunu açıqlayıb.

53 yaşlı mütəxəssis bu barədə yerli mətbuata açıqlama verib.

O, bunun çox vacib vəzifə olduğunu söyləyib:

"Milli komanda hər şeydən üstündür. Bu, hər bir mütəxəssisin arzuladığı vəzifədir. Xalqın baş məşqçisi olmaq gözəl hissdir. Mənim üçün isə qürurvericidir. Hər kəsin dəstəyi ilə milli komandanı uğurlu yol gözləyir. İctimaiyyətin yenidən bu kollektiv ətrafında birləşməsini təmin edəcəyik".

S.Yalçın Türkiyə Futbol Federasiyası (TFF) ilə anlaşmanın 4 illik olduğunu söyləyib.

TFF Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək iclasdan sonra təyinatı rəsmən açıqlayacaq.

Xatırladaq ki, Sergen Yalçın son olaraq "Beşiktaş"ın baş məşqçisi olub.