Ermənistan Aİİ-dən çıxacağı təqdirdə, qaz idxalına çəkilən xərclər 69% arta bilər
20 Oktyabr 2026
Ermənistan Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə ölkənin qaz idxalına çəkdiyi illik xərclər 69% artaraq 657,5 milyon dollara çata bilər.
Bu barədə Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan nümayəndələrinin hazırladığı Avrasiya İqtisadi İttifaqının üzv ölkələrinin hökumət başçılarının iştirakı ilə fəaliyyət göstərən qurumun məruzəsində bildirilib.
Sənəddə, həmçinin qeyd olunub ki, beynəlxalq hüquqa uyğun olaraq, İttifaqa üzv ölkələr İrəvanın addımlarından irəli gələn riskləri nəzərə alaraq Ermənistanın təşkilatda iştirakını müvəqqəti dayandırmaq imkanını nəzərdən keçirə bilərlər.
Qeyd edək ki, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmaq istiqamətində atdığı addımlar Moskva ilə İrəvan arasında münasibətlərdə müzakirə mövzusuna çevrilib. Rusiya tərəfi Ermənistanın Aİİ-dən çıxmasının iqtisadi nəticələri və Rusiya qazına tətbiq olunan güzəştli qiymətlərin gələcəyi ilə bağlı xəbərdarlıqlar edib.