Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yeni "Rafale" qırıcısı 2035-ci ilə qədər hazır ola bilər

Fransanın müdafiə şirkəti "Dassault" "Rafale" qırıcısının modernləşdirilməsi çərçivəsində "F5" standartının hazırlanmasını 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

Bu barədə "BFM Business" telekanalının efirində "Dassault" şirkətinin baş direktoru Erik Trapye bildirib.

"Bu gün biz "Rafale F5" adlanan bu superqırıcı üzərində işləyirik. Biz artıq bu standartın detallı layihələndirilməsi ilə məşğuluq. Təhvil verilmə müddəti 2033-cü ildən 2035-ci ilə qədərdir", - o bildirib.

Trapye vurğulayıb ki, təyyarənin hazırlanmasında heç bir xarici şirkət iştirak etmir.

Bununla yanaşı, o, 2035-ci ildən sonra bu təyyarənin ixrac üçün təklif oluna biləcəyini də mümkün hesab edib.