Lerikdə qızıl axtaran şəxslərdən biri qayadan yıxılaraq ölüb, digər iki nəfər saxlanılıb
21 Oktyabr 2026
Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran daha bir şəxs saxlanılıb.
Hadisə yerindən qaçan R.Qasımov polis tərəfindən görülmüş tədbirlər nəticəsində tutulub.
***
09.51
Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.
Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Digər şəxs - E. Kərimov saxlanılıb.
Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.
Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.