Rubio: Yardımımız olmasaydı, Ukrayna bu gün mövcud olmazdı
21 Oktyabr 2026
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun göstərdiyi dəstək olmasaydı, Ukraynanın suveren dövlət kimi mövcud olmayacağını bildirib.
Bu barədə "Anadolu" məlumat yayıb.
“Əgər ABŞ-ın, o cümlədən Tramp administrasiyası dövründə göstərdiyi yardım olmasaydı, Ukrayna suveren dövlət kimi mövcud olmazdı”, – Rubio deyib.
ABŞ dövlət katibi vurğulayıb ki, Vaşinqton Co Bayden administrasiyasından başlayaraq hazırkı Tramp administrasiyası dövrünədək Ukraynaya milyardlarla dollar yardım ayırıb.