Logo
news content
User
Kateqoriyalar

Xəbər

Rusiyadan ABŞ-a ilk dizel yanacağı daşıyan tanker sabah yola salınacaq

Rusiyadan ABŞ-a dizel yanacağı daşıyan ilk tanker oktyabrın 22-də yola salınacaq.

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

Onun sözlərinə görə, tankerin daşıdığı yükün həcmi 40 min ton təşkil edir.

“Biz imkanlarımız çərçivəsində ABŞ-ın dizel yanacağına olan tələbatını ödəyəcəyik. Növbəti tankerlər də yaxın vaxtlarda ABŞ-a göndəriləcək”, – Novak bildirib.

Qeyd edək ki, Rusiya ilə ABŞ arasında dizel yanacağının tədarükü məsələsi oktyabrın 9-da ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığından sonra gündəmə gəlib. Tramp Rusiyanın ABŞ və beynəlxalq bazarlara dizel yanacağı tədarük etməyə razılaşdığını açıqlayıb.