Putin Trampın xahişini yerinə yetirib, Ukrayna tərəfdə vuruşmuş amerikalı azadlığa buraxılıb
21 Oktyabr 2026
Rusiyada muzdlu fəaliyyətə görə məhkum edilmiş amerikalı Stiven Habbard azad edilib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffla görüşdə bildirib.
O, Habbardın artıq Pulkovo hava limanında olduğunu söyləyib.
ABŞ nümayəndəsi Rusiya liderinə Habbardın azadlığa buraxılmasına görə təşəkkür edib.
ABŞ vətəndaşı Stiven Xabbard Rusiyada Ukrayna tərəfində muzdlu döyüşçü kimi iştirak etməkdə ittiham olunaraq həbs edilib. O, 2022-ci ilin aprelində Ukraynanın İzyum şəhərində saxlanılıb, 2024-cü ilin oktyabrında Moskva məhkəməsi tərəfindən 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib. Xabbardın azadlığa buraxılması ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinə müraciətindən sonra gündəmə gəlib.