Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yelena Zelenskaya “Vogue” jurnalının üz qabığında - FOTOLAR/VIDEO

Ukraynanın birinci xanımı Yelena Zelenskaya Amerikanın “Vogue” jurnalının rəqəmsal versiyasının üz qabığını bəzəyib.

Bu barədə “Life” məlumat yayıb.

Bildirilib ki, Ukrayna Prezidentinin həyat yoldaşı məşhur fotoqraf Enni Leybovitsin fotosessiyasında rol alıb. O, Kiyevə Zelenskaya ilə şəkil çəkdirmək üçün gedib.

“Ukraynada gedən müharibə yeni kritik mərhələyə qədəm qoysa da, ölkənin birinci xanımı Yelena Zelenskaya aparıcı fiqura – qabaqcıl diplomata və xalqının mənəvi iztirabını simvolizə edən simaya çevrilib”, - deyə “Vogue” redaksiyası baş qəhrəmanın əsas xarakterini təsvir edir.

“Vogue”un rəsmi instaqram səhifəsində Zelenskaya ilə çəkilişin kadrarxası videosu da yerləşdirilib. Görüntülərdə hətta Ukrayna Prezidenti Volodimir Zelenski də yer alıb



 



 










Посмотреть эту публикацию в Instagram























 

Публикация от Vogue (@voguemagazine)