Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Yabloko" apellyasiya şikayətini uduzub

Rusiya Ali Məhkəməsi “Yabloko” partiyasının Dövlət Dumasına seçkilərdən kənarlaşdırılması ilə bağlı apellyasiya şikayətini rədd edib. Məhkəmənin avqustun 10-da çıxardığı qərar dəyişdirilməyib və qüvvəyə minib. “Yabloko” Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət edəcəyini bildirib.

“Yabloko” 10 vəsatət qaldırmışdı. Bunların arasında “Qoy həmişə günəş olsun” mahnısının və “Beş axşam” pyesinin müəllifliyi ilə bağlı materialların işə əlavə olunması da var idi. İddiaçı “Qoy həmişə günəş olsun” və “Təki müharibə olmasın” ifadələrindən istifadə etməklə “Yabloko”nun müəllif hüquqlarını pozduğunu iddia edib.

“Levada Mərkəzi”nin araşdırma nəticələrinin dərcinə verdiyi icazə, ChatGPT-dən istifadə qaydaları, iddiaçı kimi çıxış edən “Rodina” partiyasının saytında analoji müəllif hüquqları “pozuntularına” dair sübutların iş materiallarına əlavə edilməsi istənilib. Məhkəmə 10 vəsatətin hamısını rədd edib.

Partiyaya qarşı müəllif hüquqları ilə bağlı iradlar arasında keçmiş prezident Dmitri Medvedevin, bloqer Viktoriya Bonyanın fotolarından, 1945-ci ildə Xirosimadakı atom partlayışının fotosundan, “Hərb və sülh” filmindən kadrlardan, həmçinin ChatGPT vasitəsilə yaradılmış təsvirdən istifadə göstərilib.

Məhkəmə zalına yalnız tərəflər və jurnalistlər buraxılıb. “Yabloko” tərəfdarları məhkəmə binasının qarşısına toplaşıblar. Azı 70 nəfərin saxlandığı bildirilir.