XİN rəhbəri İranla Azərbaycan arasında gərginliyin başa çatdığını bildirib
27 Oktyabr 2021
Azərbaycanla İran arasında açıq müstəvidə gərginlik mərhələsi başa çatıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Tehranda qonşu ölkələrin XİN rəhbərlərinin Əfqanıstandakı vəziyyətə dair iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
O, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarının olduğuna diqqət çəkib.
“Düşünürəm ki, biz açıq gərginlik mərhələsini başa çatdırdıq”, - İran XİN rəhbəri qeyd edib.
İranlı nazir vurğulayıb ki, ölkələr arasında mövcud problemlər tədricən həll olunacaq.