Xəstəxanada dəhşət - Azı 15 körpə yanaraq öldü
26 Avqust 2026
İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun doğum şöbəsində baş verən yanğın nəticəsində azı 15 körpə həyatını itirib.
Bu barədə "Geo" telekanalı məlumat yayıb.
Məlumata əsasən, hadisə anında yenidoğulmuşlar palatasında 16 uşaq olub. Onlardan yalnız birini xilas etmək mümkün olub.
Qeyd olunur ki, alov yerli vaxtla təxminən saat 06:45-də (Bakı vaxtı ilə 05:45 - red.) üçüncü mərtəbədəki palatada kondisioner kompressorunun partlaması səbəbindən başlayıb. Hazırda yanğın söndürülüb və ərazidə konstruksiyaların soyudulması işləri həyata keçirilir.
Baş vermiş hadisənin araşdırılması məqsədilə xüsusi komissiya yaradılıb.
08:40
İslamabadda yerləşən Pakistan Tibb Elmləri İnstitutunun ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb.
Bu barədə Pakistanın "Geo News" televiziya kanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumatda deyilir: "Xəstəxananın ginekologiya şöbəsində baş verən yanğında ən azı 14 yenidoğulmuş ölüb. Yanğın doğum şöbəsinin içərisində kondisioner kompressorunun partlamasından sonra başlayıb".
Xilasetmə qrupları hazırda yanğını söndürmək üçün çalışırlar.