Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xameneinin qətli ilə bağlı Trampa xəbərdarlıq olunubmuş

ABŞ Milli Kəşfiyyatının keçmiş rəhbəri Tulsi Qabbard Prezident Donald Trampa İranın keçmiş Ali Lideri Əli Xameneinin qətlə yetirilməsi ssenarisinin ağır nəticələri barədə xəbərdarlıq edibmiş.

Bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.

Qəzet yazır ki, T. Qabbard Xameneinin fiziki olaraq aradan qaldırılmasının Tehranın mövqeyini daha da sərtləşdirəcəyinə, ölkənin nüvə silahı əldə etməsinə, Hörmüz boğazının bağlanmasına, eləcə də ABŞ qoşunlarına və müttəfiqlərinə birbaşa hücumlara gətirib çıxaracağına əminliyini bildirib:

“İsrailin Baş naziri Benyamin Netanyahu və Amerika liderinin yüksək rütbəli köməkçiləri isə Trampı İranın son onilliklər ərzində ən zəif dövrünü yaşadığına və sui-qəsd üçün fürsət yarandığına inandırmağa çalışıblar.

Bununla belə, ABŞ vitse-prezidenti Cey Di Vens diplomatiyaya vaxt verilməsini istəyib, hərbi rəhbərlik isə mümkün canlı qüvvə itkiləri, hərbi sursat çatışmazlığı və döyüş hazırlığındakı ciddi risklər barədə Trampa xəbərdarlıq edib”.