"X" dezinformasiya araşdırması çərçivəsində 13 min hesabı bloklayıb
16 Oktyabr 2026
"X" sosial media platforması ABŞ-dəki siyasi müzakirələrə təsir göstərməyi hədəfləyən 13 mindən çox hesabı blokladığını bildirib. Bu hesabların İran, Rusiya və Çinlə əlaqəli üç xarici təsir əməliyyatının tərkib hissəsi olduğu vurğulanır.
Şirkətin oktyabrın 14-də verdiyi bəyanata görə, saxta profillərlə müxtəlif namizədləri və ictimai xadimləri hədəf alan bu şəbəkələr siyasi məzmunlu paylaşımları daha geniş auditoriyaya yaymağa çalışıblar.
Sosial platforma noyabrın 3-də ABŞ-də keçiriləcək Konqresə aralıq seçkiləri ərəfəsində yeni məzmun qaydalarını açıqlayıb. Qaydalara əsasən, səsvermənin vaxtı, yeri və qaydası barədə yanlış məlumatların yayılması, həmçinin seçici fəallığının qarşısını almaq və seçiciləri qorxutmaq cəhdləri qadağandır.
Bu açıqlamadan əvvəl "OpenAI" şirkəti də bir neçə "ChatGPT" hesabını blokladığını bəyan etmişdi. Həmin hesabların İrandan idarə olunduğu, saxta jurnalist kimlikləri vasitəsilə gizli təsir əməliyyatını dəstəklədiyi bildirilirdi.