Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
16 Oktyabr 2026
Böyük Britaniya Ukraynaya əlavə uzaqmənzilli “Storm Shadow” qanadlı raketləri tədarük etməyi planlaşdırır.
“Bloomberg“ agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, məsələ oktyabrın 14-də Londonda Böyük Britaniyanın Baş naziri Endi Börnemlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub.
Agentlik qeyd edir ki, Britaniya hökuməti məlumatı şərh etməkdən imtina edib.
Dauninq-strit həmçinin Ukraynada müharibə başlayandan bəri Kiyevə nə qədər “Storm Shadow” raketinin göndərildiyini açıqlamayıb.