Vuçiç Serbiyada növbədənkənar parlament seçkisinin tarixini açıqladı
21 Avqust 2026
Serbiya Prezidenti Aleksandar Vuçiç növbədənkənar parlament seçkisinin 2026-cı ilin oktyabr ayının sonunda keçiriləcəyini açıqlayıb.
Bu barədə Serbiya Radio və Televiziyası xəbər verir.
"Beləliklə, hazırkı vəziyyətə görə, Serbiyada parlament seçkisi ya oktyabrın 18-də, ya da 25-də keçiriləcək", - deyə Vuçiç qeyd edib.
Bundan əvvəl ölkə rəhbəri parlament seçkisinin 2026-cı ilin oktyabr və ya noyabr aylarında keçiriləcəyini bildirmişdi.
Vuçiç hakim Serb Tərəqqi Partiyasının qələbəsinə ümid edir və bu halda baş nazir postunu tuta biləcəyini istisna etmir.