Vuçiç: Prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox
28 Sentyabr 2026
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə qarşıdan gələn parlament seçkiləri ərəfəsində çətin və mühüm siyasi mübarizənin gözlənildiyini bildirib.
Bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.
Vuçiç qeyd edib ki, Avropa İttifaqı ölkələrində keçmiş prezidentlərin baş nazir, keçmiş baş nazirlərin isə prezident vəzifəsinə keçməsinə dair nümunələr var.
"Bunu Rumen Radev də edib. Daha bir nümunə var – Aleksander Stubb (Finlandiyadan) əvvəl baş nazir olub, daha sonra prezident seçilib. Görünür, bunu hamıya etmək olar, yalnız mənə yox", - Serbiya Prezidenti bildirib.
Prezident Baş nazir vəzifəsinə keçidinin "avtoritarizm" əlaməti olub-olmadığı barədə suala cavabında isə özünün demokrat olduğunu vurğulayıb: "Xeyr, heç də belə deyil. Mən demokratam və hər zaman insanların nə düşündüyünü eşitmək və görmək istəyərdim. Legitimlik olmadan mən heç kim olardım".
A. Vuçiç qarşıdan gələn seçkilərin böyük, çox çətin və mühüm siyasi mübarizə olacağını da deyib.
"Görəcəyik kimin qalib gələcəyini. Əgər qarşı tərəf qalib gəlsə, elə həmin axşam onları təbrik edəcəyəm. Demokratiya belə işləyir", - Serbiya Prezidenti əlavə edib.