Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vuçiç istefasından əvvəl 49 nəfəri əfv ediyini bildirib

Serbiyanın sabiq prezidenti Aleksandar Vuçiç 49 nəfəri əfv ediyini bildirib.

Vuçiç bunu prezident vəzifəsindən istefasını açıqlayarkən deyib.

Məlumata görə, əfv olunanlar arasında Mila Pajiçin rəhbərlik etdiyi "Novi Sad" qrupundan da 12 nəfər var.

Vuçiç bildirib ki, əfv etdiyi 49 nəfərdən 23-ü son il yarım ərzində baş verən "bütün dəhşətli hadisələrlə" əlaqəlidir. O, bu qərarı təhlükəsizlik xidmətlərinin qiymətləndirmələrinə baxmayaraq qəbul etdiyini deyib: "Mila Pajiçin rəhbərlik etdiyi "Novi Sad" qrupundan 12 nəfəri əfv etmək qərarına gəldim. Eyni zamanda, blokadalara qarşı hadisələrdə iştirak edən digər tərəfdən 11 nəfəri də əfv etmək qərarı verdim".

Vuçiç bunun mərhəmət aktı olduğunu və gənclərə kömək etmək istədiyini bildirib.

Qeyd edək ki, "Novi Sad"ın 12 fəalı və tələbəsi konstitusion quruluşu devirməyə cəhd etməkdə ittiham olunub.