Logo
news content
User
Kateqoriyalar

Xəbər

Uşaq hüquqları qalib gəldi — Fransada sosial şəbəkə qadağası bloklandı

Fransa Konstitusiya Şurası 15 yaşından kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini yasaqlayan qanun layihəsini rədd edib. Ölkə parlamenti ötən ay həmin sənədi səsə qoyaraq qəbul etmişdi.

Şura uşaqların təhlükəsizliyini və cəmiyyətdə asayişi qorumaq məqsədilə azyaşlıların sosial şəbəkələrə girişinə müəyyən məhdudiyyətlərin qoyulmasını mümkün sayır. Lakin qurumun qənaətinə görə, qanun layihəsində nəzərdə tutulan tədbirlər ifadə və ünsiyyət azadlığını qeyri-mütənasib dərəcədə məhdudlaşdırır, eləcə də şəxsi həyatın toxunulmazlığı hüququna lazımi təminat vermir.