Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko Bakıya gəlib
16 Avqust 2026
Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko Bakıya gəlib.
Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev sosial şəbəkədə paylaşım edib.
Paylaşımda “Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenkonu Bakıda qarşılamaqdan şərəf duyuram!” ifadəsi yer alıb.
Viktor Yuşşenko 2005-2010-cu illərdə Ukrayna prezidenti vəzifəsində çalışıb. Səfərin məqsədi ilə bağlı hələlik əlavə məlumat verilməyib.