Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın Rusiyanın enerji obyektlərinə zərbələri müharibənin sonunu yaxınlaşdıra bilər

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynanın Rusiyanın neft və enerji obyektlərinə zərbələri, eskalasiya xarakterli olmasına baxmayaraq, müharibənin başa çatmasını yaxınlaşdıra bilər.

O bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə, Ukraynanın Rusiyanın neft infrastrukturuna uzaqmənzilli zərbələri ilə bağlı sualı cavablandırarkən deyib.

Əvvəlcə Tramp sualı ABŞ dövlət katibi Marko Rubioya yönəldərək onun vəziyyətin müzakirəsinə birbaşa cəlb olunduğunu qeyd edib.

M.Rubio bildirib ki, son aylar ərzində müharibədəki əsas dəyişikliklərdən biri Rusiya üçün öz hava məkanını müdafiə etməyin getdikcə çətinləşməsi olub: "Biz ümid edirik ki, bu, müharibənin başa çatdırılmasına dair danışıqlar üçün şərait yaradacaq".

D.Tramp, öz növbəsində, vurğulayıb ki, bu cür zərbələr münaqişənin dayandırılmasına kömək edə bilər: "Bu, eskalasiyadır, lakin eyni zamanda müharibənin başa çatmasına gətirib çıxarmağa kömək edə biləcək bir eskalasiyadır".

ABŞ Prezidenti bir daha vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsini son dərəcə mürəkkəb hesab edir.