Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: Rusiyanın vurulan tanklarının içərisindən parad geyimləri tapırdıq

Rusiya ordusunun vurulan tanklarının içərisindən parad geyimləri tapırdıq.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “The Diary Of A CEO”a verdiyi müsahibədə deyib.

“Onlar sözün həqiqi mənasında parad keçirmək istəyirdilər. Kiyevi üç gün ərzində ələ keçirmək və Azadlıq Meydanında rəmzi psevdo-qələbə tamaşası qeyd etmək istəyirdilər”, - Zelenski bildirib.

O, Ukrayna ordusunun sıralarının genişlənməsindən və səfərbərlikdən də danışıb: “İşğal başlayanda səfərbərlik elan edildi. Bizim ordumuz 200 min şəxsi heyətdən 800 min nəfərə qədər genişləndi. İnsanlar könüllü olaraq orduya qoşulurdular. Bütün Ukrayna ərazisində Rusiya ordusunun sayı isə 700 000 nəfər idi. Bu, çox böyük hücum idi”.

Zelenski müharibə başlayanda Ukrayna ordusunun paytaxt ətrafında sıx toplaşmadığını da etiraf edib: “Heç kim onların Belarusu keçib paytaxta irəliləyəcəklərini gözləmirdi. Buna görə də bizim orada güclü hərbi birləşmələrimiz yox idi. Bu, faktdır. Bizim sadəcə olaraq, bu ölçüdə ordumuz yox idi”.