“Al Jazeera”: Husilər Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinə zərbə endirib
22 Oktyabr 2026
"Ənsar Allah" hərəkatı (husilər) Ər-Riyadda Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin binasına ballistik raketlə zərbə endirdiyini bəyan edib.
TASS xəbər verir ki, bu iddia ilə husilərin hərbi nümayəndəsi Yəhya Səri çıxış edib.
Onun sözlərinə görə, husilər son 48 saat ərzində ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə etməklə dörd hərbi əməliyyat həyata keçiriblər, onlardan birincisi Səudiyyə Ərəbistanının paytaxtındakı Müdafiə Nazirliyinin binasına yönəlmişdi.
Bundan əlavə, husilər ölkənin qərbindəki Yanbu şəhərində Səudiyyənin "Saudi Aramco" neft şirkətinin infrastrukturuna hücum ediblər.