Pentaqon 850-dən çox F-35 qırıcısı sifariş vermək istəyir
22 Oktyabr 2026
ABŞ-ın “Lockheed Martin” şirkəti və Pentaqon növbəti 10 il ərzində ən azı 850 ədəd F-35 qırıcı təyyarəsinin istehsalını nəzərdə tutan ilkin çərçivə razılaşması əldə ediblər.
Razılaşma çərçivəsində ildə 156 təyyarənin istehsalı, ehtiyat hissələrinin tədarükü və beynəlxalq sifarişlərin yerinə yetirilməsi nəzərdə tutulur.
Sənədin tam icrası üçün ABŞ Konqresinin müvafiq səlahiyyət verməsi və maliyyələşdirməni təsdiqləməsi tələb olunur. Bundan sonra tərəflər müqavilənin qiymətini, istehsal qrafikini və digər şərtlərini dəqiqləşdirəcəklər.