Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada keçmiş deputatlar və Prezident Ofisi əməkdaşlarına qarşı xüsusi əməliyyat keçirilir

Ukraynanın Milli Antikorrupsiya Bürosu (NABU) və İxtisaslaşdırılmış Antikorrupsiya Prokrorluğu (İAP) Ali Radanın keçmiş deputatları və Prezident Ofisinin yüksək vəzifəli məmurlarının daxil olduğu cinayətkar təşkilatın ifşa edilməsi üzrə xüsusi əməliyyat keçirir.

Ukrayna mediası xəbər verir ki, bu barədə NABU-dan bildiriblər.

Qurumun məlumatına görə, təşkilat Ukraynanın fəaliyyətdə olan və keçmiş xalq deputatlarının rəhbərliyi altında fəaliyyət göstərib. Onun fəaliyyətinə həmçinin Prezident Ofisinin yüksək vəzifəli əməkdaşları və digər şəxslər cəlb olunub.

NABU-da xüsusi əməliyyatın təfərrüatlarının sonradan açıqlanacağını bildiriblər.

Öz növbəsində, Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Telegram-da Ukrayna Prezident Ofisi rəhbərinin müavini İrina Mudrayanın evində axtarışların aparıldığını bildirib.