Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna prezidenti seçki keçirilməsi ideyasını sərt tənqid edib

"Müharibə gedə-gedə seçkinin keçirilməsi Ukrayna dövlətini məhv edə bilər".

UNIAN agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşü zamanı bildirib.

"Mövcud müharibə şəraitində bizi müxtəlif tərəflərdən seçkiyə təşviq edirdilər. Təxminən bir il əvvəl belə bir dalğa var idi. Mənim mövqeyim dəqiq idi: əgər tərəfdaşlar hərbçilərin, cəbhəboyu ərazilərdəki sakinlərin və müharibəyə görə xaricə pənah aparan milyonlarla vətəndaşımızın iştirakı ilə seçkinin təhlükəsiz, qanuni və demokratik şəkildə - zərbələr və atəşlər olmadan - keçirilməsi üçün konkret şərtlər təklif edəcəklərsə, gəlin bunu müzakirə edək", - deyə Zelenski qeyd edib.

Prezident vurğulayıb ki, müharibə şəraitində seçkinin necə keçiriləcəyi ilə bağlı heç kim konkret təklif təqdim etməyib. Bunun səbəbi isə Rusiya lideri Vladimir Putinin atəşkəs variantlarına getmək istəməməsidir.

"Hesab edirəm ki, belə bir müharibə şəraitində seçki, ümumilikdə, böyük risklərlə müşayiət olunur. İndi seçki keçirmək dövlət üçün böyük bir sunami deməkdir və bu, Ukraynanı parçalaya bilər. Ona görə də mənim strategiyam ölkəni müharibənin sonuna qədər çatdırmaq, müstəqil və suveren dövləti qoruyub saxlamaqdır. Mən də bu vəzifəni icra edirəm", - deyə Zelenski əlavə edib.