Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Krımda hərbi obyektləri məhv edib, Rusiyadaiki müdafiə zavodunu vurub

Ukrayna ordusu Krımda Rusiya qüvvələrinin hərbi infrastrukturuna zərbələr endirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar çərçivəsində Şimali Krım kanalından keçən dəmir yolu körpüsü, L-39 “Albatros” təlim-döyüş təyyarəsi, BK-10, BK-16 və “Manqust” katerləri məhv edilib.

Məlumata görə, həmçinin “Nebo-U”, “Kasta-2E” radiolokasiya stansiyaları və P-18 “Terek” radiolokasiya sisteminin komanda məntəqəsi, eləcə də rabitə, radioelektron mübarizə (REM), radioelektron kəşfiyyat (REK) sistemləri və MESH-retranslyatorlarının yerləşdiyi 9 qüllə vurulub.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələri Rusiyanın ərazisində müdafiə və neft infrastrukturu obyektlərinə silsilə uzaqmənzilli zərbələr endirib.

Bu barədə “Telegram”da paylaşım edən Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, bu gecə Tula və Voronej vilayətlərində iki müdafiə zavoduna zərbə endirilib.

Zelenski bildirib ki, Ukrayna Təhlükəsizlik Xidməti Krasnodar diyarında neft infrastrukturu obyektinə də zərbə endirib.

Onun sözlərinə görə, həmçinin Kaluqa və Oryol vilayətlərində PUA hücumlarında istifadə olunan obyektlərə, Bryansk vilayətində Rusiya qoşunlarının yerləşdiyi əraziyə və Qara dənizdəki bir hədəfə zərbələr endirilib.