Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Krasnodarda yanacaq-sürtkü materialları rezervuarlarını vurub, 3 ölü

Ukrayna qüvvələri avqustun 22-də Rusiyanın Krasnodar diyarında yerləşən Yeysk neftdaşıma kompleksinin yanacaq-sürtkü materialları rezervuarlarını vurub.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.

Hücum nəticəsində üç nəfərə ölüb. Zərbədən sonra obyektin ərazisində yanğın baş verib. Dəyən ziyanın miqyası dəqiqləşdirilir.

"Yeysk xəstəxanasında PUA hücumu zamanı xəsarət alanlardan biri vəfat edib. Ümumilikdə üç nəfər, o cümlədən iki uşaq həlak olub. Bir nəfər xəstəxanadadır", - Rusiya mediası bildirir.