Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna ilk dəfə Rusiyaya Britaniya dronları ilə zərbə endirib

Böyük Britaniya istehsalı olan pilotsuz uçuş aparatları (PUA) ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya ərazisinə uzaqməsafəli zərbələr endirmək üçün istifadə edilib.

Bu barədə "The Sunday Times" nəşri Ukrayna silahlı qüvvələrindəki bir neçə mənbəyə istinadən yazır.

Nəşrin məlumatına görə, Böyük Britaniyanın iki şirkətinin istehsalı olan dronlar son altı ay ərzində Ukrayna Silahlı Qüvvələri tərəfindən uzaqməsafəli zərbələrin endirilməsi əməliyyatlarında tətbiq olunub. Hədəflər arasında Volqoqrad və Yaroslavldakı neft emalı zavodlarının adları qeyd olunur.

Qeyd olunur ki, uzaqməsafəli zərbələr üçün istifadə edilən aparatlar arasında "Nyan" reaktiv PUA da olub. O, Böyük Britaniyanın "BAE Systems" şirkətinin bölməsi olan "Callen-Lenz" tərəfindən hazırlanıb. İkinci istehsalçının adı təhlükəsizlik səbəbilə açıqlanmır.