Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukrayna Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 12 gəmini vurub

Ukrayna pilotsuz sistem qüvvələri Azov dənizində Rusiyanın "kölgə donanması"na aid 10 tanker, bir quru yük gəmisi və bir bərə aşkar edərək vurub.

Bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi “Telegram” kanalında məlumat paylaşıb.

Brovdi qeyd edib ki, vurulan bütün tankerlər beynəlxalq sanksiyalar altındadır və 2006–2012-ci illərdə inşa edilib.

O, həmçinin beş elektrik yarımstansiyasına və bir qazpaylayıcı stansiyaya zərbələrin endirildiyini açıqlayıb.