Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyəni yandıran 43 nəfər müəyyən edilib, 11-i tutulub

Türkiyə hakimiyyəti iyunun əvvəlindən meşə yanğınlarının törədilməsində şübhəli bilinən 43 nəfəri müəyyənləşdirib, onlardan 11-i həbs edilib.

ANKA xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Nazirin sözlərinə görə, ötən həftə Adıyaman, Antalya, Aydın və Balıkəsir vilayətlərində baş verən 10 meşə yanğını ilə bağlı aparılan araşdırmalar çərçivəsində altı şübhəli barəsində cinayət işi açılıb. Onlardan ikisi həbs edilib.

Ümumilikdə, iyunun 1-dən etibarən 22 vilayətdə baş verən 64 meşə yanğını ilə bağlı 43 şübhəli müəyyənləşdirilib. Onlardan 11-i həbs olunub, 18 nəfər barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib.

Yay aylarında Türkiyədə meşə yanğınları əsasən ölkənin cənub və cənub-qərb bölgələrində baş verir. Yanğınların yayılmasına isti hava və güclü külək səbəb olur. Aralıq dənizi sahilində yerləşən turizm bölgələrində də yanğınların söndürülməsi istiqamətində işlər aparılır. Lakin indiyədək alov birbaşa hotellərin yerləşdiyi ərazilərə çatmayıb.

Rəsmi məlumatlara görə, 2025-ci ildə Türkiyədə 3,2 mindən çox meşə yanğını baş verib. Nəticədə 81 min hektardan çox meşə sahəsi tamamilə və ya qismən yanıb. Bu il üzrə məlumatlar isə hələ açıqlanmayıb.