Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə zavodda baş verən partlayışda ölənlərin sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda metallurgiya müəssisəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.

"Türkiye" qəzeti xəbər verir ki, xilasedicilər partlayışdan sonra itkin düşən fəhlə Barış Güneyin meyitini tapıblar.

Bununla da faciə nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib. Partlayışın səbəbləri və başvermə şəraiti araşdırılır.

Hadisə noyabrın 9-da Aliağa rayonunun Çakmaklı məhəlləsində, Atatürk küçəsində yerləşən zavodda baş verib.

Aliağa rayonunda yerləşən HABAŞ zavodu 1987-ci ildən fəaliyyət göstərən HABAŞ qrupuna məxsus poladəritmə müəssisəsidir. Tam istehsal dövrünə malik kompleksin illik polad istehsalı gücü 4.5 milyon tona çatır.