Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əhalinin dərman və ərzaq xərcləri artır

Azərbaycan vətəndaşlarının ticarət şəbəkələrindəki həm tibbi, həm də ərzaq xərcləri artmaqda davam edir.

Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, 2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ən azı 57 milyard 523 milyon manatlıq məhsul satılıb.

Bu məbləğin ən azı 31 milyard 58 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 26 milyard 464 milyon manatdan çoxu isə qeyri-ərzaq mallarına sərf olunub: "2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.5 faiz, qeyri-ərzaq malları üzrə isə 6.6 faiz artıb".

Ötən illə müqayisədə xərclərdə ən çox artım 21.2 faizlə əczaçılıq məhsulları və tibbi ləvazimatlar sahəsində qeydə alınıb. Azərbaycanda dərmanların qiyməti dövlət tərəfindən tənzimlənir. Lakin ekspertlərin fikrincə, ölkədə bir çox dərmanlar qonşu ölkələrlə müqayisədə daha bahadır. Üstəlik, dərmanların bahalaşması prosesi də davam edir. Müstəqil iqtisadçılar isə deyirlər ki, vətəndaşların xərclərinin yarısından çoxu yalnız ərzağa gedirsə, bu, onların böyük bir qisminin maddi vəziyyətinin ağırlığından xəbər verir.

Rəsmi açıqlamaya görə isə, Azərbaycanda son illər yoxsulluq səviyyəsi 5 faiz civarında dəyişir.