Logo
news content
User
Kateqoriyalar

Xəbər

Kreml Ukrayna ilə bağlı yeni danışıqlar raundunun daha tez baş tutacağını güman edir

Ukrayna ilə bağlı üçtərəfli danışıqların növbəti raundu tezliklə baş tutacaq.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə, Rusiya üçtərəfli danışıqların növbəti mərhələsinin tezliklə baş tutmasını gözləyir.

“Biz hesab edirik ki, danışıqlar olduqca tez, yaxın perspektivdə baş tutacaq. Amerikalı vasitəçilərlə məhz bunu müzakirə etdik və buna görə də ümid edirik ki, yaxın gələcəkdə həqiqətən də bunun davamı olacaq”, - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, Rusiya, Ukrayna və ABŞ arasında üçtərəfli danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə baş tutub. Danışıqlardan sonra ABŞ Prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner Moskvada Vladimir Putinlə, Dublində isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə müzakirələr aparıblar.