Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tusk: Ukrayna üçün ABŞ silahlarının alınmasını maliyyələşdirməyəcəyik

Polşa NATO-nun Ukrayna üçün ABŞ istehsalı silahların alınmasını nəzərdə tutan PURL proqramına hələlik maliyyə vəsaiti ayırmayacaq.

“TVP Info” telekanalının məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk mətbuat konfransında bildirib.

“Mən NATO-nun Baş katibi Mark Rütteyə bildirdim ki, biz hazırda PURL proqramına – Ukrayna üçün Avropa vəsaiti hesabına Amerika silahlarının alınmasına maliyyə töhfəsi verməyəcəyik”, – Tusk deyib.

Baş nazir qərarı Polşanın yüksək büdcə kəsiri və ölkənin müdafiəsinə çəkilən xərclərlə izah edib.

Qeyd edək ki, PURL proqramı NATO çərçivəsində Avropa ölkələrinin maliyyə vəsaiti hesabına ABŞ-dan silah alınaraq Ukraynaya göndərilməsini nəzərdə tutur.