Logo
news content
User
Kateqoriyalar

Xəbər

Türkiyədə silahlı hücum zamanı 5 nəfər yaralanıb

Türkiyədə silahlı insident olub.

“Habertürk” xəbər verir ki, hadisə İstanbulda qeydə alınıb. Bəyoğlu rayonunda restorana avtomobillə gələn silahlı şəxs və ya şəxslərin açdığı atəş nəticəsində 5 nəfər yaralanıb. Hadisəni törədən şəxs (və ya şəxslər-red) ərazidən uzaqlaşıb.

Əraziyə polis əməkdaşları və təcili yardım cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.