Türkiyədə 5,4 maqnitudalı zəlzələ olub, yollarda çatlar əmələ gəlib
24 Sentyabr 2026
Türkiyənin Şanlıurfa vilayətində baş verən 5,4 maqnitudalı zəlzələdən sonra Diyarbakırda bəzi yollarda çatlar əmələ gəlib.
Bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Şanlıurfanın Karaköprü rayonunda 7,39 km dərinlikdə qeydə alınan zəlzələ ətraf şəhərlərdə də hiss olunub.
Yeraltı təkandan sonra Diyarbakırda bəzi yollarda çatların əmələ gəldiyi müşahidə edilib.
Şanlıurfa valisi Hasan Şıldak insan təlafatının olmadığını açıqlayıb.
11:54
Türkiyənin Şanlıurfa vilayətində 5,4 maqnitudalı zəlzələ olub.
“Haber Global” xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) "X" sosial media hesabında məlumat yayıb.
Məlumata görə, zəlzələ Qaziantep, Şanlıurfa, Elazığ, Malatya və Diyarbəkirdə hiss edilib.
Zəlzələ ocağı 7,39 kilometr dərinlikdə olub.