Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: Rusiya NATO ölkələrinə hücum planlaşdırmır

ABŞ Prezidenti Donald Tramp Rusiyanın NATO ölkələrinə hücum planlaşdırmadığına əminliyini ifadə edib.

O bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Mənim onunla yaxşı danışıqlarım olub. O, NATO ərazisinə hücum etməyəcək", - ABŞ lideri Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutaraq bildirib.

Tramp ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliffin Rusiyaya son səfərində bu mövzunun müzakirə olunub-olunmadığına toxunmayıb.