Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp qorxur: Demokratlar Konqres seçkilərində qalib gəlsə, mənə impiçment elan edə bilərlər

ABŞ Prezidenti Donald Tramp noyabrda keçiriləcək Konqresə aralıq seçkilərində respublikaçıların məğlub olması halında demokratların ona impiçment elan edəcəyini bildirib.

Bu barədə Tramp Cənubi Karolina ştatının Mirtl-Biç şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

Tramp demokratların ona qarşı impiçment proseduruna başlaya biləcəyini, lakin bunun hansı səbəbdən ediləcəyini bilmədiklərini bildirib. Qeyd edək ki, Tramp ABŞ tarixində impiçment proseduru iki dəfə başladılan ilk prezidentdir. Hər iki proses onun ilk prezidentlik dövründə – 2019 və 2021-ci illərdə baş verib və Senatda rədd edilib.