Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İranın bir nömrəli hədəfi mən özüməm

ABŞ prezidenti Donald Tramp onun İranın bir nömrəli hədəfi olduğunu deyib.

Tramp bu barədə NATO zirvəsindən sonra təşkil etdiyi mətbuat konfransında danışıb.

O həmçinin bildirib ki, İranda birinci və ikinci səviyyəli liderlər artıq yoxdur, hazırda üçüncü səviyyəli şəxslər ön plandadır.

“İranın bir nömrəli hədəfi mənəm. Mən olmasaydım İranın nüvə silahı olardı. Mən olmasaydım İsrail də olmazdı. İranda birinci və ikinci səviyyəli liderlər artıq yoxdur. İndi üçüncü səviyyədə olanlar var və onlar daha təmkinlidirlər. İran liderləri ilə razılaşma əldə edəcəyimə əmin deyiləm. Müharibənin uzun sürəcəyini düşünmürəm. Çox tez başa çatacaq”, - Tramp əlavə edib.