Logo
news content
User
Kateqoriyalar

Xəbər

Tramp: İrana hücumları bərpa etməyi düşünürəm

ABŞ Prezidenti Donald Tramp daim İrana hücumları bərpa etməyi düşündüyünü bildirib.

O, bunu "Axios"a müsahibəsində İrana hücumların mümkün bərpası ilə bağlı sualı cavablandırarkən deyib.

"Mən həmişə bu barədə düşünürəm", - Tramp cavab verib.

ABŞ Prezidenti İranla danışıqların yaxın günlərdə davam edəcəyini gözlədiyini də bildirib.

“Mən İranla yeni danışıqların bu həftə keçiriləcəyini gözləyirəm. Onlar razılaşma əldə etmək istəyirlər, lakin bu, mənim əldə etmək istədiyim razılaşma deyil. Ola bilsin ki, bir il əvvəl biz bununla razılaşardıq. Onlar öz imkanlarını həddindən artıq qiymətləndiriblər”, – ABŞ Prezidenti bildirib.

“Axios”un iki regional mənbəsinin məlumatına görə, ABŞ və İran arasında dolayı danışıqların yeni raundu sentyabrın 28-də, bazar ertəsi keçirilə bilər. Danışıqlarda Qətər vasitəçi qismində çıxış edir.