Tramp: İrana hücum etməkdən başqa seçimimiz qalmamışdı
21 Avqust 2026
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonun İrana zərbə endirməkdən başqa seçimi olmayıb.
Tramp bunu WABC radiostansiyasına müsahibəsində deyib.
"Bunu etməyimin səbəbi seçimimizin olmaması idi. Mən bunu 100 dəfə də edərdim. Onların nüvə silahı ola bilməz və olmayacaq", - deyə Tramp bildirib.
Trampın İrana qarşı hərbi əməliyyatları əsaslandırarkən Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınmasını prioritet kimi göstərməsi son açıqlamalarında da öz əksini tapıb.