Tramp Hörmüz boğazının minalardan tamamilə təmizləndiyini bildirib
26 Avqust 2026
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının minalardan təmizləndiyini bəyan edib.
O, bu barədə "Truth Social"da bildirib.
Tramp vurğulayıb ki, yeni minaların yerləşdirilməsinə qarşı sıfır tolerantlıq siyasəti qüvvədədir.
"ABŞ Hərbi Dəniz Qüvvələri indicə mənə məlumat verib ki, Hörmüz boğazının beynəlxalq suları minalardan təmizlənib. İrana xəbərdarlıq edilib ki, yeni minalar yerləşdirən gəmilər və ya qayıqlar dərhal və sistematik şəkildə məhv ediləcək", - o yazıb.
Tramp əlavə edib ki, ABŞ Kosmik Qüvvələri Hörmüz boğazının bütün ərazisində müntəzəm monitorinq keçirir. Onun sözlərinə görə, "Pikeks-Mauntin" və İranın əvvəllər məhv edilmiş digər üç nüvə obyekti üzərində də eyni qaydada müşahidə aparılır.
Daha əvvəl "Tasnim"də yayılan məlumata görə, İran Hörmüz boğazı ilə bağlı şərtlərini vasitəçi qismində Pakistana təqdim edib. Əsas şərt isə İslamabad Anlaşma Memorandumunun 5-ci bəndi - Hörmüz boğazının İranın nəzarətində olmasına aiddir.