Tokayev Qazaxıstan hökumətini istefaya göndərib
28 Avqust 2026
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni seçilmiş Qurultay qarşısında səlahiyyətlərini təhvil verən hökuməti istefaya göndərib.
"Akorda" xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı avqustun 28-də imzalayıb.
Fərmana əsasən, yeni tərkib təsdiqlənənədək hökumət vəzifələrinin icrasını davam etdirəcək.
Qeyd edək ki, Qurultayın birinci iclası bu gün keçiriləcək.