Tezliklə mağazada qiyməti qalxacaq...
19 Avqust 2026
Avqustun 18-də dünyada şəkər tozunun qiymətləri kəskin şəkildə yüksəlib.
Bunu ICE məlumatları sübut edir.
Bildirilir, Bakı vaxtı ilə saat 16:17-yə olan məlumata görə, məhsulun qiyməti bir funt (400-450 qram) üçün 17,58 sent (təxminən 0,30 manat) həddini keçib ki, bu da 2025-ci ilin mayından bəri qeydə alınan ən yüksək səviyyədir. Daha sonra, saat 20:06-da qiymətlər 17,45 sent səviyyəsində qərarlaşıb.